"Barselona" "Bayer"in müdafiəçisini həyətinə qatacaq
26.12.2024 - 15:29
"Barselona" "Bayer"in müdafiəçisi Conatan Tanı transfer etməkdə israrlıdır.
Apasport.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
Kataloniya təmsilçisi 28 yaşlı futbolçuya növbəti təklifini göndərib. Klub bu dəfə ona 3 illik sözləşmə təklif edib.
Artıq oyunçunun özü də “Barselona”da oynamağa müsbət yanaşır. Ona görə də futbolçunun bu qış Kataloniya klubuna keçəcəyi gözlənilir.
Müqaviləsi 2025-ci ilin yayına qədər olan Ta bu mövsüm 23 oyuna çıxıb, 2 qol vurub.
- “Neftçi” “Şamaxı” ilə matçın hazırlığını yekunlaşdırıb
- Beydullayevadan Avropa çempionatında növbəti heç-heçə
- Frattezi “İnter”i seçdi
- Piruzi Marvkvaladze: “Neftçi” qarşısındakı üstünlüyü saxlamaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ
- Azərbaycan Beynəlxalq Universitet İdman Festivalında 10 boksçu ilə təmsil olunacaq
0
0