UEFA "Barselona"nı növbəti mövsüm Çempionlar Liqasında iştirak etməkdən məhrum qoya bilər.
Apasport.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
İspaniya prokurorluğu "Barelona"nın 2001-2018-ci illər ərzində İspaniyanın hakimlər komitəsinin rəhbəri Enrikes Neqreyraya 7 milyon avrodan çox pul ödəməsi ilə əlaqədar ittiham irəli sürüb. UEFA sadəcə La Liqa təmsilçisinin iştirakına görə turnirin reputasiyasının aşağı düşəcəyini hesab edərsə, “Barselona”nı Çempionlar Liqasından kənarlaşdıra bilər. Təşkilat “Barselona”nın hakimlik işi ilə bağlı yekun hökm çıxarılana qədər klubun ÇL-də iştirakına bir mövsüm qadağa qoymağı düşünür.
Qeyd edək ki, "Barselona" bu mövsüm artıq avrokuboklarda mübarizəni dayandırıb.
- Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər bəlli olub
- Bakıda "Dünya Neft və Qaz Kuboku 2025" layihəsinə start verilib
- Sedat Saini: “Bayer”ə bu mövsüm ən çox problem yaradan komanda “Qarabağ” oldu" - Müsahibə
- Ançelottidən tənqid: “Bu onların zədələnməsinə səbəb olur”
- İrəvandakı Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib - BİRGƏ BƏYANAT