"Real" "Kamp Nou"da "Barselona"nı darmadağın edib finala çıxdı
06.04.2023 - 00:56
!["Real" "Kamp Nou"da "Barselona"nı darmadağın edib finala çıxdı](https://ww3.apasport.az/storage/news/2023/april/06/big/642de3e6c59db642de3e6c59dc1680729062642de3e6c59d9642de3e6c59da.jpg)
İspaniya Kubokunda 2-ci finalçının adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, ötən ay Madriddə 0:1 uduzmuş "Real" bu dəfə "Barselona"nı "Kamp Nou"da darmadağın edərək həm qisasını alıb, həm də finala çıxıb. Vinisiusun qolu və Kərim Benzemanın het-triki Kral klubuna qələbə qazandırıb.
Beləliklə, mayın 6-da Sevilya şəhərində "Real" və "Osasuna" final görüşünə çıxacaq.
0
0