Baş məşqçisinə görə klubdan ayrılır
14.01.2023 - 18:50
“Brayton”un hücumçusu Leandro Trossard komandadan ayrıla bilər.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Roberto de Dzerbi ilə münaqişəsi olan forvard aldığı təklifləri dəyərləndirməyə qərar verib.
O, “Çelsi” və “Tottenhem”in transfer siyahısında yer alıb. 28 yaşlı belçikalı qış transfer pəncərəsinin sonuna qədər yeni klubuna qoşulmaq niyyətindədir.
Qeyd edək ki, Trossard və de Dzerbi münaqişə üzündən bir aya yaxındır danışmır.
- Dedikləri Burak Yılmaza baha başa gəldi: 1 milyonluq cəza
- ”Xankəndi”nin baş məşqçisi: "Uğurlu çıxışı II Liqada davam etdirmək istəyirik"
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Ronaldo tarix yazdı - 6 fərqli dünya çempionatında qol
- “Kəpəz” - “Qarabağ” oyununun yeri dəyişdirildi
0
0