![“Kəpəz” - “Qarabağ” oyununun yeri dəyişdirildi](https://ww3.apasport.az/storage/news/2023/october/31/big/6540fece7560a6540fece7560b16987583506540fece756086540fece75609.jpg)
Misli Premyer Liqasının “Kəpəz” - “Qarabağ” və “Qarabağ” - “Kəpəz” oyunlarının yerləri dəyişdirilib.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
“Qarabağ” klubunun müraciəti, “Kəpəz” klubunun razılıq məktubu ilə Misli Premyer Liqasının 2-ci dövrəsinin “Kəpəz” - “Qarabağ” və 3-cü dövrəsinin “Qarabağ” - “Kəpəz” oyunlarının yerləri dəyişdirilib. Bu addım “Qarabağ” klubunun Avropa Liqasının qarşıdan gələn “Bayer”lə oyununa daha yaxşı hazırlaşa bilməsi məqsədilə atılıb.
Qeyd edək ki, komandaların əvəzedici heyətləri arasında keçirilən görüşlərlə bağlı əvvəlcədən açıqlanmış cədvəldə heç bir dəyişiklik edilməyib.
4 noyabr
16:00. "Qarabağ" -"Kəpəz"
Tofiq Bəhramov adına Respublika stadionu
- Ernest Muçiyə Premyer Liqadan təklif var
- Əvəzedicilər liqasında XXIV və XXV turun cədvəli açıqlandı
- “Qalatasaray” xorvatiyalı futbolçu ilə maraqlanır
- Dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
- “Roma” və Mourinyodan ilk, avrokubok 12 ildən sonra İtaliyada