Boksçular üçün 5 milyonluq kubok - DÇ-nin mükafat fondu artırıldı
13.05.2023 - 17:35
Beynəlxalq Boks Assosiasiya yeni turnir təsis edib.
Apasport.az saytının məlumatına görə, bunu qurumun prezidenti Umar Kremlyov açıqlayıb.
O bildirib ki, ilin sonunda komandalararası Dünya Kuboku təşkil ediləcək. Noyabr-dekabr aylarında baş tutacaq yeni formatlı turnirin mükafat fondu 5 milyon dollar olacaq.
Həmçinin dünya çempionatlarının mükafat fondu artırılıb. Kremlyov bildirib ki, növbəti mundialda boksçular 10 milyon dollar mükafat üçün mübarizə aparacaq.
Qeyd edək ki, hazırda Daşkənddə keçirilən dünya çempionatının mükafat fondu 5,2 milyon dollardır.
- Azərbaycan idmançıları xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak ediblər
- Kamal Bayramov: “Fərqi yoxdur, qarşımızda "Neftçi"dir, ya başqası, bizə xallar lazımdır”
- Dünya Minifutbol Federasiyasının prezidentindən Azərbaycanla bağlı AÇIQLAMA
- “Qarabağ” əcnəbisini “Zirə”yə verir?
- “Atletiko”dan ciddi narazılıq
0
0