Düşənbədə yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, Azərbaycan, Özbəkistan, Tacikistan və Qazaxıstanın 155 idmançısının qatıldığı yarışda millimizin üzvləri 4 medal qazanıblar.
Məşqçilər Ayaz Baxşıyevlə Zaur Məmmədovun rəhbərlik etdiyi komandada Məhəmməd Cəfərov (+80 kq) turnirin qalibi olub. Əli Baxışov (50 kq) gümüş, Məhəmmədəli Məmmədli (48 kq) və Bağır Əmirxanlı (50 kq) bürünc medala yiyələniblər.
Azərbaycanlı referi Elxan Quliyev isə yarışın ən yaxşı hakimi seçilib.
Qeyd edək ki, boksçularımız Bakıya bu gün qayıdacaqlar.
- Okan Buruk: "Oyunumuza azərbaycanlı hakim versinlər"
- Qar voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Azərbaycanda BWF-nin "Shuttle Time" layihəsinin yeni mərhələsinə start verilib - FOTO
- “Turan Tovuz”dan yeni transfer
- Danilo Dias: "Qarabağ" mərhələni adlamaq iqtidarındadır" - Açıqlama