Cəlal oynadı, komandası məğlub oldu
26.08.2025 - 00:25
Cəlal oynadı, komandası məğlub oldu

Azərbaycan millisinin üzvü Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, onun çıxış etdiyi "Arda" 6-cı turda səfərdə "Slaviya" ilə qarşılaşıb.

Sofiyada keçirilən qarşılaşma "Slaviya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətdə meydana çıxan Cəlal görüşü əvəzolunmadan keçirib.

Qeyd edək ki, "Arda" mövsümdə ikinci dəfə uduzub və 5 oyundan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.