![Çempionlar Liqası: I təsnifat mərhələsində son 6 oyun](https://ww3.apasport.az/storage/news/2022/july/13/big/62ce672bb4ce162ce672bb4ce2165769399562ce672bb4cdf62ce672bb4ce0.webp)
Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində daha 6 görüş keçiriləcək.
Bununla da II təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” Polşa çempionu “Lex”i üstələyərək (0:1, 5:1) növbəti raunda adlayıb.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
13 iyul
21:00. “Dinamo” (Batumi, Gürcüstan) – “Slovan” (Bratislava, Slovakiya)
21:00. “Klasksvik” (Farer adaları) – “Bodo-Qlimt” (Norveç)
21:00. “Şaxtyor” (Soliqorsk, Belarus) – “Maribor” (Sloveniya)
22:00. “Ferensvaroş” (Macarıstan) – “Tobol” (Qazaxıstan)
22:30. ÇFR (Rumıniya) – “Pünik” (Ermənistan)
22:45. “Linfild” (Şimali İrlandiya) - TNS (Uels)