![Cenk Tosun yeni klubu ilə anlaşdı](https://ww3.apasport.az/storage/news/2022/june/23/big/62b45edd1f2d162b45edd1f2d2165598793362b45edd1f2cd62b45edd1f2cf.jpg)
Türkiyə millisinin futbolçusu Cenk Tosun yenidən ölkəsinə qayıdıb.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu karyerasını sevimli komandası “Beşiktaş”da davam etdirəcək.
2018-2022-ci illərdə “Everton”da oynayan Cenkin Premyer Liqa klubu ilə müqaviləsi bitdiyindən, oyunçu azad agent statusu alıb. Bundan yararlanan “Beşiktaş” rəhbərliyi onunla bütün şərtləri razılaşdırıb. Tosun gələn həftə İstanbul təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, 2014-2018-ci illərdə “Beşiktaş”ın formasını geyinən Cenk Tosun ötən il də qısa müddət bu klubda icarə əsasında çıxış edib.