Cüdoçularımız Qran-prinin ilk günündə 3 medal qazanıb
27.01.2024 - 00:33
Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 9 cüdoçusu mübarizə aparıb.
Onlardan 3-ü mükafatçılar sırasına düşüb. Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) isə gümüş medal qazanıb.
Qeyd edək ki, yanvarın 28-də başa çatacaq yarışa milli komandamız 16 cüdoçu ilə yollanıb.
- Millimizin üzvü Türkiyədə klubunu dəyişib
- “Sabah”ın baş məşqçisi: “Məşqlərdə düşündüklərimizi oyunda reallaşdıra bilsək…”
- Azərbaycan Milli Olimpiya komandasının üzvləri təltif edilib - SİYAHI
- Ruslan Qurbanov: "Hakim millimizin oyununda klounluq edirdi"
- Konteyə rekord təklif - ən yüksək ödənişli məşqçi olacaq
0
0