Dadaşov debüt oyununda fərqləndi
28.02.2025 - 23:51

Renat Dadaşov "Radomyak"ın heyətində debüt edib.
Apasport.az xəbər verir ki, onun komandası Polşa çempionatının XXIII turunda "Vidzev"lə qarşılaşıb.
Millimizin futbolçusu oyuna 80-ci dəqiqədə daxil olub.
Hücumçu son dəqiqələrdə "Radomyak"ı məğlubiyyətdən xilas edib. Onun vurduğu qolla görüş 1:1 hesabı ilə başa çatıb.
Rahil Məmmədov isə bu matçda iştirak etməyib.
Qeyd edək ki, "Radomyak" 23 turdan sonra 25 xalla 13-cü pillədə qərarlaşıb.
- Ronaldo və Messi birgə paylaşımdan nə qədər qazandı? – MƏBLƏĞ
- Ceyhun Sultanov: “Kabel çəkəni, malyarı vəzifəyə gətirəndə futbolumuz bu gündə olacaq” - OFSAYD
- "Trabzonspor" "İnter"i məğlub etdi, yarımfinala yüksəldi
- Emil Mustafayev rəsmən "Çernomorets"də
- "Neftçi" "Şamaxı" ilə görüşə itkilərlə çıxacaq
0
0