Azərbaycan millisi Praqada beynəlxalq turnirdə iştirak edəcək
16.04.2024 - 13:16
18-21 aprel tarixlərində Çexiyanın Praqa şəhərində aerobika gimnastikası üzrə “Czehc Aerobic Open” adlı beynəlxalq yarış keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi beynəlxalq turnirdə 5 idmançı ilə iştirak edəcək.
Emil Quliyevin rəhbərliyi altında Fidan İbrahimova (üçlük və qrup), Leyla Əhmədova (üçlük və qrup), Evelina Kozlovskaya (üçlük və qrup), Məryəm Topçubaşova (fərdi və qrup), Sara Əlixanlı (fərdi və qrup) turnirdə yarışacaqlar.
Qeyd edək ki, yarışda məşqçi Emil Quliyev və hakim Tünzalə Daşdəmirova da ölkəmizi təmsil edəcəklər.
- "Neftçi" - "Qarabağ" matçının biletləri satışda
- Ruslan Lunyov növbəti dəfə fəxri kürsüdə yer alıb
- "Turan Tovuz"un təxirə salınan oyunu bu gün keçiriləcək
- Mahir Emreli: “Böyük klublara qarşı oynamağı mən sizdən də çox gözləyirəm” - MÜSAHİBƏ
- “Sabah”dan növbəti xal itkisi, "Səbail"dan ardıcıl dörd qələbə - YENİLƏNİB
0
0