Dadaşovun komandası məğlub olub
02.08.2025 - 16:59
Almaniyanın Şimal-Şərq Regional Liqasında 2-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun da formasını geyindiyi Berlin “Dinamo”su evdə “Rot-Vays Erfurt”la qarşılaşıb.
"Dinamo" matçda 2:3 hesabı ilə uduzub.
Rüfət də bu oyunda iştirak edib. 34 yaşlı hücumçu Dadaşov start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda "Dinamo" sıralamada 0 xalla 15-cidir.
- "EYOF-da əldə etdiyim mükafat mənim üçün çox dəyərlidir"
- "Sumqayıt"ın Macarıstan klubu ilə oyununa 2200 bilet satılıb
- Voleybolçularımızın İslam Oyunlarındakı təqvimi açıqlanıb
- Hacı Əliyev “Al Marketlər”in xüsusi içkisi “Horss”un siması oldu!
- Qara Qarayev: “Futbolumuzun adında olan mifləri qırmaq istəyirik”
0
0