Daha bir azərbaycanlı yeniyetmə idmançıda dopinq tapıldı
02.03.2023 - 20:48
![Daha bir azərbaycanlı yeniyetmə idmançıda dopinq tapıldı](https://ww3.apasport.az/storage/news/2023/march/02/big/6400d4ee45c696400d4ee45c6a16777761106400d4ee45c676400d4ee45c68.jpg)
Azərbaycanın daha bir yeniyetmə idmançısında dopinq tapılıb.
Apasport.az-ın xəbərinə görə, adıçəkilməyən şəxs boksçudur.
Onun diuretiklər və gizlədici agentlər/furosemid istifadəsi sübuta yetirilib. Bu səbəbdən də boksçu 2 illik cəzalandırılıb. Onun cəzası 2024-cü ilin dekabrın 1-də başa çatacaq.
Qeyd edək ki, daha əvvəl bir yeniyetmə ağırlıqqaldıran dopinqdə yaxalanmışdı. O, 4 illik cəzalandırılmışdı.
0
0