AFFA ölkə xaricində çıxış edən daha bir azərbaycanlını milliyə cəlb etməyi planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, uzun müddətdir ki, federasiyanın diqqət mərkəzində olan Ülvi Babayev hazırda milliləşdirilməsi istənilən əsas oyunçulardandır.
Daha əvvəl bəzi futbolçulardan müsbət cavab almayan federasiya Babayevi milliləşdirmək istəyir.
21 yaşlı sol cinah yarımmüdafiəçisi müqavilə ilə “Dinamo”(Moskva) klubuna məxsusdur. “Ximki” futbol klubunun akademiyasının yetirməsi olan Babayev sonradan “Dinamo”nun futbol akademiyasına keçib.
O, Moskva klubundan savayı “Krılya Sovetov”da da icarə əsasında çıxış edib.
Babayev həmçinin Rusiyanın U-15 və U-16 yığmalarında oynayıb.
- Premyer Liqa klubları ispaniyalı məşqçi üçün mübarizə aparacaq
- Abdullah Zubir: "Qarabağ"ın Avrokubok Rekordçusu
- “Turan Tovuz”dan heç-heçə, "Neftçi" evdə xal itirdi – YENİLƏNİB
- Azərbaycanlı hakim Avropa çempionatının yarımfinal mərhələsinə təyinat alıb
- ABŞ millisinin üzvündən tarixi göstərici - Mundiallarda ilkə imza atdı