“Dalğa Arena”da ilk
07.08.2023 - 11:08
![“Dalğa Arena”da ilk](https://ww3.apasport.az/storage/news/2023/august/07/big/64d0989196bfc64d0989196bfd169139214564d0989196bfa64d0989196bfb.jpg)
“Turan Tovuz” tarixində ilkə imza atıb.
Apasport.az saytının məlumatına görə, Ayxan Abbasovun yetirmələri buna Misli Premyer Liqasının I turunda nail olub.
Tovuz təmsilçisi “Araz-Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib. Bu, klubun tarixində Premyer Liqada səfərdəki ilk böyükhesablı qələbə olub.
Buna qədər qərblilər yalnız bir dəfə rəqib meydanında 3 qol vurub. Mayın 1-də “Zirə”ni 3:1 hesabı ilə yenən “Turan Tovuz” bu dəfə səfərdə qapısını da toxunulmaz saxlayıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” “Turan Tovuz”u Bakıdakı “Dalğa Arena”da qəbul edib.
0
0