Şahruddinin komandası “Qalatasaray”la matça itkilərlə çıxacaq
26.04.2024 - 09:13
![Şahruddinin komandası “Qalatasaray”la matça itkilərlə çıxacaq](https://ww3.apasport.az/storage/news/2024/april/26/big/662b2b0d6a348662b2b0d6a3491714105101662b2b0d6a346662b2b0d6a347.jpeg)
Super Liqanın 34-cü həftəsində "Adana Dəmirspor" və "Qalatasaray" komandaları üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, millimizin üzvü Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" kritik matçda 2 futbolçusundan yararlana bilməyəcək.
"Adana Dəmirspor"un futbolçuları Emre Akbaba və Yusuf Sarı zədəli olduqları üçün "Qalatasaray"la matçda meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, qarşılaşma bu gün saat 21:00-da baş tutacaq.
0
0