“Dalğa Arena”da yenilənmə işləri start götürüb
27.04.2026 - 15:27
“Dalğa Arena”da təbii ot örtüyünün yenilənməsi məqsədilə genişmiqyaslı renovasiya işlərinə start verilib.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Aparılan işlər UEFA-nın “Hat-Trick” layihəsi çərçivəsində həyata keçirilir və stadionun infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir.
Layihə çərçivəsində meydanın keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və oyun şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.
- Ronaldo 3 oyundur ki, heç nə ilə yadda qalmır
- Aleks Souza: "Hamımız üçün oyunu davam etdirmək çətin idi"
- “Neftçi”nin digər məşqçilərlə danışığı niyə uğurlu alınmayıb?
- Əfran İsmayılov: “Qarabağ” “Bayer”dən üstün futbol nümayiş etdirdi - Müsahibə
- "Səbail" "Şamaxı"nı Premyer Liqadan göndərdi - YENİLƏNİB
0
0