Diniyevin komandasında baş məşqçi dəyişikliyi: Tuncay Şanlı istefa verdi
28.04.2025 - 12:50
Türkiyə Birinci Liqa təmsilçilərindən “Çorum” klubun baş məşqçisi Tuncay Şanlı ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, Şanlı “Ankaragücü”nə məğlubiyyətdən (0:1) sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb.
Azərbaycan millisinin üzvü Coşqun Diniyev də “Çorum”da çıxış edir.
Qeyd edək ki, Tuncay Şanlı mart ayının 6-da "Çorum"a baş məşqçi təyin edilmişdi. Onun komandası hazırda 1-ci liqada 36 turdan sonra 51 xalla 13-cüdür.
- Vinisius Ronaldonun nailiyyətini geridə qoydu
- "İnter"in keçmiş hücumçusu 2 il müddətinə futboldan uzaqlaşdırılıb
- Xristov: “Sabah" nə qədər güclü olsa belə "Qarabağ"dan çempionluğu ala bilməyəcək” - MÜSAHİBƏ
- Yuri Vernidub: “Mənim üçün ən önəmlisi odur ki…”
- Cüdoçumuz Qazaxıstandan qızıl medalla qayıdır
0
0