“Qarabağ”ın sabiq forvardı Dino Ndolovu Azərbaycana qayıtmağa yaxın olub.
Apasport.az saytının əldə etdiyi məlumata görə, afrikalı forvardın qış fasiləsində Premyer Liqamızda oynamaq variantı yaranıb.
Lakin sonda onun klublarımızdan birinə keçidi baş tutmayıb. Ndolovu ölkə çempionatındakı iki kluba təklif edilib. 32 yaşlı forvardın məhz yüksək maaş istəməsindən sonra xidmətinə ehtiyac duymayıb. Forvardın şərtləri Azərbaycana qayıdışını əngəlləyib və o, Türkiyəyə yollanaraq “Boluspor”la anlaşıb.
Qeyd edək ki, Cənubi Afrika Respublikasının hücumçusu 2016-2018-ci illərdə “Qarabağ”da oynayıb.
- Tahir Gözel “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri təyin edildi
- Gimnastlarımız Avropa kubokunda gümüş medal qazanıblar
- “Trabzonspor”-“Fənərbaxça” matçından sonra 12 nəfər saxlanılıb
- “Liverpul”un ÇL şansları minimuma endi, “Arsenal”dan çempionluq hədiyyəsi
- Tbilisi Böyük Dəbilqəsinə 11 cüdoçumuz yollanacaq