Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirilib
20.05.2025 - 13:16
Milli Paralimpiya Komitəsinin rəhbərliyi Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüşüb.
Apasport.az xəbər verir ki, toplantıda parapauerliftinqçilər və məşqçinin fikirləri dinlənilib.
Böyük əksəriyyəti gənclərdən ibarət olan milli komandanın uğurlarının davamlı olması üçün görüləcək işlər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri Dünya Kubokunda 3 qızıl və 3 gümüş medal qazanıblar.
- Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə təkmilləşdirmə kursu keçirilib
- Süleyman İsmayılzadə: “Qızıl medalla qayıdacağıma söz vermişdim”
- Azərbaycan Karate Federasiyasının rəhbərliyi millinin üzvləri və məşqçilərlə görüş keçirib
- 14 cüdoçumuz Avropa kubokunda iştirak edəcək
- Rəşad Sadıqov: “Oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur”
0
0