"Meksika səfiri ilə Yaponiya səfirliyinin tədbirində tanış olmuşdum".
Bunu apasport.az-a açıqlamasında sabiq futbolçu Əfran İsmayılov deyib.
O, Meksika səfiri Mariya Viktoriya Romero Kabalyeronu həyat yoldaşı ilə birgə evinə qonaq çağırmasından danışıb. 34 yaşlı İsmayılov bu münasibətin necə yarandığını açıqlayıb:
"Həyat yoldaşım Səudiyyə Ərəbistanı səfirliyində işləyib. Ona görə də Azərbaycandakı səfirliklərin bayram tədbirləri olanda dəvət alır. Mən də bəzən onunla gedirəm. Yaponiya səfirliyinin tədbiri zamanı Meksika səfiri ilə şəxsən tanış olmaq imkanımız oldu. Futboldan söhbət düşdü, ünsiyyətimiz yaxşı alındı. Onda bizi ailəlikcə evinə qonaq dəvət etdi. Daha sonra biz onları evimizə qonaq çağırdıq. Sağolsun, o da dəvətimizi yerə salmadı".
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev yanvarın 26-da Meksikanın yeni fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.
- Aslan Kərimov: “Qarabağ”ın qol vurmaq şansları daha yüksək olacaq"
- Keyn millinin oyunlarında iştirak etməyəcək - Səbəb
- “Ulduz Cup”da ilk günün nəticələri bəlli olub - FOTO
- “Qalatasaray” Gündoğan transferini bitirmək üzrədir
- "Mançester Yunayted"in yeni sahibi "Barselona"nın futbolçusunu almaq istəyir