Basketbol Liqasında 3-cü yerin sahibi müəyyənləşir
15.05.2024 - 09:32
Azərbaycan Basketbol Liqasında həlledici mərhələyə start verilir.
Apasport.az xəbər verir ki, bu gün "Xırdalan" və "NTD-İndiqo" komandaları üçüncü yer uğrunda oyunda üz-üzə gələcəklər.
"Sərhədçi" İdman Mərkəzində reallaşacaq qarşılaşma saat 19:30-da start götürəcək.
Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq. İki görüşün yekununda qalib müəyyənləşməsə, üçüncü duel mayın 21-də gerçəkləşəcək.
Qeyd edək ki, sabah final seriyasının ilk oyununda "Xəzri" və "Sabah" kollektivləri qarşılaşacaqlar.
- Qələbə var, oyun yox – Meksikanın məşqçisindən sərt sözlər
- "Sabah" və "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibləri bəlli olub - YENİLƏNİB
- Yay Olimpiya Oyunları: İdmançılarımızın bugünkü proqramı başa çatıb
- Aquero bombardirliyə favoritlərini açıqladı
- "Qarabağ" və "Braqa"nın baş məşqçiləri mətbuat konfransı keçirəcək
0
0