"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev komandanı tərk edə bilər.
Apasport.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan millisinin üzvü ilə İtaliya təmsilçiləri maraqlanır.
Müdafiəçi A Seriyasının 3 klubunun transfer hədəfinə çevrilib. Cəfərquliyevin xidmətində "Latsio", "Torino" və "Komo" maraqlıdır.
Romalılar ağdamlıların futbolçusunu hələ ki, izləmə mövqeyindədir. Digər klublar isə Elvinlə bağlı müsbət qərar veriblər.
Bildirilir ki, "Qarabağ" Elvin üçün 3 milyon avro tələb edir. İtaliya klubları isə həmin məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, Cəfərquliyev 2018-ci ildən Ağdam təmsilçisinin şərəfini qoruyur.
- Rəşad Sadıqov: “Məğlubiyyəti unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq“
- "Azərreyl" heyətini serbiyalı voleybolçu ilə gücləndirib
- “Neftçi”də ciddi itkilər
- "Fənərbaxça"nın italiyalı müdafiəçisi karyerasını bitirdi
- Şahruddin Məhəmmədəliyev: "Avropa Liqasında “Qarabağ”ın məğlub edə bilməyəcəyi komanda yoxdur" - Müsahibə