Emin Mahmudov "Sumqayıt"la matça çıxmayacaq
28.09.2024 - 16:42
![Emin Mahmudov "Sumqayıt"la matça çıxmayacaq](https://ww3.apasport.az/storage/news/2024/september/28/big/66f7f9e01134b66f7f9e01134c172752739266f7f9e01134966f7f9e01134a.jpg)
“Neftçi”nin Misli Premyer Liqasının 8-ci turunun “Sumqayıt”la oyununda Emin Mahmudovun xidmətindən istifadə edə bilməyəcək.
Apasport.az xəbər verir ki, “ağ-qaralar”ın aparıcı üzvü məşqlərin birində dizindən zədələnib.
Belədə, onun oyunu buraxacağı dəqiqləşib.
Mahmudovun hansı müddətdə sıradan çıxdığı isə hələ məlum deyil. Bundan başqa, Emil Səfərov da meydana çıxmayacaq.“Neftçi” – “Sumqayıt” oyunu bu gün “Neftçi Arena” stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.
0
0