Zaqreb "Dinamo"su qış mövsümlərarası fasilədə ilk yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya klubu Sloveniyanın "Selye" komandası ilə qarşılaşıb.
1:1 hesabı ilə başa çatan oyunda Emreli start heyətdə yer alıb.
Qeyd edək ki, baş məşqçi Ante Şaşiçin Mahir Emrelini qış fasiləsindən sonra start heyətdə oynadacağı gözlənilir. Buna səbəb Xorvatiya millisinin cinah hücumçusu Mislav Orşiçin "Sauthempton"a transfer olunmasıdır. Orşiç dünən "Sauthempton"un Liqa Kubokunda "Mançester Siti"ni 2:0 məğlub etdiyi görüşün 82-ci dəqiqəsində debüt edib.
- “Torpedo”nun baş məşqçisi: “0:3-dən geridönüş çətin olacaq”
- “Merihi açıqlayır, klub satmayacağıq deyir” – Aziz Yıldırımdan sərt sözlər
- Boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurdu - FOTOLENT
- “Bolonya”nın prezidenti Tedesko haqda: “Onun üçün sərvət ödəməyə hazır idik”
- İdman səfiri Orxan Səfərov Sabirabad rayonunda uşaqlarla görüşüb