"Sabah" və "Qarabağ"a yaxınlaşmağa çalışmalıyıq".
Bu sözləri Apasport.az saytına açıqlamasında Enrike Silva deyib.
"Turan Tovuz"un futbolçusu "Karvan-Yevlax"la matçı dəyərləndirib: "Çətin oyun idi. Qarşımızda güclü komanda vardı. Matç sonadək gərgin davam etdi. Çoxsaylı qol epizodlarımız oldu ki, bunlardan yalnız birini dəyərləndirdik. Lakin qələbə qazana bildik. Əsas olan budur".
O, çempionluq yarışı barədə fikirlərini bildirib: "Komandamızda hər şey yaxşıdır. Sona qədər mübarizəmizi davam etdirəcəyik. "Qarabağ"ın gücünə bələdik. Eyni zamanda "Sabah" da güclü komandadır. Bu mövsüm çox yaxşı performans göstərirlər".
Qeyd edək ki, "Turan Tovuz" - "Karvan-Yevlax" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
İSRAYIL XEYRULLAYEV
- "Yuventus" Kenanı komandada saxlamaq istəyir - Yeni təklif hazırlanır
- AFFA 5 klubla bağlı qərar verib
- Boksçumuz Rumıniyada erməni rəqibinə qalib gəldi
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
- Skarlatake: “Təklifləri var, amma “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir” - MÜSAHİBƏ