![Fərrux Mahmudov: "İstəyirdik ki, bunu hamı bilsin"](https://ww3.apasport.az/storage/news/2023/december/24/big/65885065e047c65885065e047d170343229365885065e047a65885065e047b.jpg)
"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov mətbuat konfransında çıxış edib.
Apasport.az xəbər verir ki, o, komandanın yeni baş məşqçisi Miodroq Bojoviçin təqdimat mərasiminda jurnalistlərin suallarını dəyərləndirib.
- İlk dəfədir ki, ani təqdimat olur. Tələskənlik idi, yoxsa şəffaflıq?
- Təbii ki, şəffaflıqdır. Miodroq Bojoviç Bakıdadır. İstəyirdik ki, bunu hamı bilsin.
- Baş məşqçinin qarşısına hansı hədəf qoyulub?
- Hədəf ölkə kubokunu qazanmaq və minimum ikinci yeri tutmaqdır.
- Adrian Mutu ilə yolların ayrılmasında nə həlledici rol oynadı?
- Qarşılıqlı fikir belə oldu. Mutunun anasını dünyası dəyişmişdi. Getməmişdən əvvəl onunla müzakirə etdik. Eyni fikrə gəldik ki, yeni baş məşqçi gəlsə, daha yaxşıdır.
- Namizədlər siyahısında yerli baş məşqçinin adı var idi?
- Xeyr, yox idi.