
"Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram".
Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov sosial media hesabında yazıb.
O bildirib ki, bu gün “Neftçi”nin baş icraçı direktoru vəzifəsində sonuncu iş günüdür: "Klub ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq.
Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq. Göz qabağında olmayan bu işlərlə böyük bir dövrün, böyük bir dəyişikliyin təməlini qoyduq.
Hər kəsə - komanda yoldaşlarıma, futbolçulara, həmkarlara, azarkeşlərə təşəkkürümü bildirir, “Neftçi”yə uğurlar, layiq olduğu yerlər və parlaq nailiyyətlər arzu edirəm".
- İkinci oyun cədvəli bəlli oldu
- Gənc qız cüdoçularımız 25 ildən sonra rekordu təkrarlayıblar
- Aleks Souza: “Kurban Berdıyevin məndən istədiyini həyata keçirmək istəyirəm” - Müsahibə
- "Bavariya" prezidenti: "Mövsümü Tuxellə başa vurmaq istəyirik"
- Azərbaycan basketbol millisi ikinci oyununda da qələbə qazanıb