
Misli Premyer Liqasının IX turunun “Qəbələ” ilə səfər oyununda hesabı açan Filip Ozobiç üçün bu qol ikiqat yubileylə əlamətdar olub.
Apasport.az saytı xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi həm çempionatda, həm də klubda yubiley qoluna imza atıb.
Filip Premyer Liqada özünün 50-ci qolunu vurub. Bu toplardan 16-sı “Qəbələ”, 34-ü “Qarabağ”ın heyətində qeydə alınıb. Ozobiç Ağdam klubunda ümumilikdə 40-cı dəfə fərqlənib. Onun hesabında çempionatdakı 34 topdan başqa 6 avrokubok qolu da var.
Qeyd edək ki, Filip Premyer Liqada ümumilikdə 129-cu, “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 136-cı matçını keçirib.
- Juninyo: "Qarabağ"da olduğum illər həyatımın ən gözəl anları idi" - VİDEO
- Azər Bağırov: "Bu gün penaltini vursaydıq, oyun fərqli məcrada keçərdi"
- Kurtuanın taleyinə aydınlıq gəldi
- Cüneyt Biçer: "Toral Bayramov və Mahir Emreli ilə yenidən birlikdə işləmək istəyərdim" - Müsahibə
- Peres "Mançester Yunayted"li ilə maraqlanır