“Frayburq”un zədəli futbolçularının durumu açıqlandı
07.09.2022 - 17:33
![“Frayburq”un zədəli futbolçularının durumu açıqlandı](https://ww3.apasport.az/storage/news/2022/september/07/big/6318972f78bda6318972f78bdb16625559516318972f78bd56318972f78bd8.png)
Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq “Frayburq”un zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, macarıstanlı hücumçu Roland Sallai sabah keçiriləcək matçı buraxacaq.
“Bayer”lə matçda (3:2) xəsarət alan futbolçu Bundesliqanın növbəti qarşılaşmasını da buraxacaq. Lakin Sallai əməliyyatı zərurəti yaranmayıb.
Leverkuzenlilərlə oyunda zədə üzündən əvəzlənən Manuel Quldenin durumu isə qənaətbəxşdir. Müdafiəçi sabahkı matçda forma geyinə biləcək.
0
0