"Kəpəz"in futbolçusu bıçaqlanıb: Kimliyi bəlli olub
03.02.2026 - 08:49
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Veysəl Rzayev qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçudur.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
- Naxçıvanda onlara iştirakçı sertifikatı verilib
- Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- “Barselona”da 15 yaşlı TAPINTI
- Elmar Baxşıyev: “Haqqımda nə yazırlarsa, futbolçulara da təsir edir”
0
0