“Misli” və Peşəkar Futbol Liqası Avropa liqasının pley-off mərhələsində çıxış edən “Qarabağ” futbol klubuna dəstək məqsədilə futbol ictimaiyyətini bir araya gətirib.
Apasport.az xəbər verir ki, ölkə futbolu üçün tarixi bir oyun – Portuqaliyanın ən köklü klublarından biri olan “Braqa” ilə qarşılaşma paytaxtda yerləşən kino zallarından birində böyük ekranda qonaqlara təqdim edilib.
Qonaqlar arasında “Azərlotereya” ASC, AFFA, PFL, Premyer Liqa, eləcə də 1-ci və 2-ci Liqa klublarının rəsmiləri, tanınmış veteran futbolçular, media nümayəndələri, “İmarət” və “Qarabağ Ordu” fanklublarının üzvləri yer alıblar.
Böyük ekran qarşısında “Qarabağ”ın mükəmməl oyununun əvəzsiz dəstəyi ilə özünü sanki tribunada hiss edən qonaqlar zalda möhtəşəm ab-hava yaradıblar.
- Rəşad Eyyubov: “Neftçi”nin yeni transferlərinin uyğunlaşma vaxtı çoxdan bitib” - Müsahibə
- Avropa çempionatında iştirak edəcək güləşçilərimiz müəyyənləşib
- “Neftçi”nin baş məşqçisi ferma açmasının səbəbini açıqladı
- “Mançester Siti” Nunesi açıqladı
- Azərbaycan Badminton Federasiyasından Botsvanaya hədiyyə