Futbolda əvəzetmə sayı artırıldı
13.06.2022 - 15:37
![Futbolda əvəzetmə sayı artırıldı](https://ww3.apasport.az/storage/news/2022/june/13/big/62a7219d766f262a7219d766f3165512028562a7219d766ef62a7219d766f1.jpeg)
Futbol qaydalarında dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Futbol Assosiasiyaları Beynəlxalq Şurası (İFAB) qəbul edib.
Qurum futbol oyunları zamanı 5 əvəzetmə qaydasının daimi olmasını məqsədəuyğun sayıb. 2022-ci il iyulun 1-dən etibarən bütün matçlarda 5 oyunçu dəyişikliyi mümkün olacaq.
Qeyd edək ki, koronavirus pandemiyası dövründə müvəqqəti olaraq oyun ərzində 5 əvəzetmədən istifadə olunması barədə qərar 2020-ci ilin mayında verilmişdi.
0
0