Güləşçimiz Olimpiya Oyunlarına lisenziya qazanıb
07.04.2024 - 18:39
![Güləşçimiz Olimpiya Oyunlarına lisenziya qazanıb](https://ww3.apasport.az/storage/news/2024/april/07/big/6612b07f86a3a6612b07f86a3b17125008636612b07f86a376612b07f86a39.jpg)
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Apasport.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorova 4:3 hesabı ilə qalib gələrək bu uğura imza atıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə edib.
0
0