Hakimlərimiz Antalyada oyun idarə ediblər
08.01.2025 - 21:15
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlərimiz ilk yoxlama oyunlarını idarə ediblər.
Apasport.az xəbər verir ki, Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan matçın baş hakimi Əli Əliyev olub.
Ona yan xətt hakimləri Asiman Əzizli və Sevda Nuriyeva köməklik ediblər. Qarşılaşma “Universitatea Cluj”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hakimlərimizin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-ə kimi davam edəcək.
- Azərbaycan çempionatının qalib və mükafatçıları üçün master-klass
- Türkiyə Super Liqasının statistikası – ev sahibi, alt/üst, geridönüşlər...
- Azərbaycanın sərbəst güləş üzrə U-20 millisi Bursada təlim-məşq toplanışına başlayır
- “Neftçi”dən inamlı qələbə - YENİLƏNİB
- Olimpiya Oyunlarının qaranlıq üzü: Zərif cinsin güclü iradəsi
0
0