Salah "Liverpul"un əfsanəvi futbolçusunu qabaqladı
08.01.2023 - 17:56
![Salah "Liverpul"un əfsanəvi futbolçusunu qabaqladı](https://ww3.apasport.az/storage/news/2023/january/08/big/63bacee7cb12f63bacee7cb130167318704763bacee7cb12b63bacee7cb12d.jpg)
İngiltərə kubokunun 1/32 finalında "Vulverhempton”la matç “Liverpul”un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, o, 2:2 hesabı ilə yekunlaşan görüşdə fərqlənməklə "Liverpul" forması ilə vurduğu qolların sayını 173-ə yüksəldib. Bununla da Salah 172 qol vuran əfsanəvi Keni Dalqlişi geridə qoyub.
Qeyd edək ki, "Liverpul"un heyətində ən çox qol vuran futbolçu Yan Rayşdır – 346 qol. İlk 3-lüyü Rocer Hant (285 qol) və Qordon Hocson (241 qol) tamamlayır.
0
0