"Hall Siti" baş məşqçisi ilə yollarını ayırdı
07.05.2024 - 17:34
!["Hall Siti" baş məşqçisi ilə yollarını ayırdı](https://ww3.apasport.az/storage/news/2024/may/07/big/663a2e262483e663a2e262483f1715088934663a2e262483c663a2e262483d.png)
Çempionşip komandası "Hall Siti"də baş məşqçi ilə yollar ayrılıb.
Apasport.az "Sky Sports"a istinadən xəbər verir ki, Acun Ilıcalının komandası 39 yaşlı mütəxəssis Liam Rosenyorun müqaviləsinə xitam verib. Komanda Çempionşipdə mövsümü 7-ci bitirib və Premyer Liqaya vəsiqə qazana bilməyib.
Rosenyor 2022-ci ilin noyabrından "Hall Siti"yə başçılıq edirdi.
0
0