II Liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi
27.05.2026 - 14:43
II Liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi

2026/2027-ci illər mövsümü üzrə II Liqada çıxış etmək üçün pley-off görüşünün vaxtı və yeri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Görüş 29 may saat 16:00-da Yevlax şəhər stadionunda təşkil olunacaq. “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq görüşdə VAR sistemi tətbiq olunacaq.

Görüş PFL-in və klubların birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

29 may 

II Liqa uğrunda pley-off oyunu 

Biləsuvar” – “Ağstafa Gəncləri

Yevlax şəhər stadionu, 16:00 ("CBC Sport"/canlı)