"Şəki" pley-offa yüksəlib
01.04.2025 - 17:35
"Şəki" pley-offa yüksəlib

Azərbaycan Basketbol Liqasında XX turun görüşlərinə start verilib.

Apasport.az xəbər verir ki, bu gün bir oyun keçirilib.

"Şəki" səfərdə "Lənkəran"ın qonağı olub.

Qonaqların üstün olduğu matçda, "Lənkəran" rəqibinə 78:107 hesabı ilə məğlub olub.

Bu qələbə nəticəsində B qrupunu 36 xalla bitirən "Şəki" pley-offa yüksəlib. "Lənkəran" isə 23 xalla sonuncu olub.

Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.