Gəncə İdman Sarayında III MDB Oyunlarıçərçivəsində üzgüçülük yarışları davam edir.
Apasport.az xəbər verir ki, bu gün keçirilən 200 metr məsafəyə sərbəst üsulla üzməkdə Azərbaycanlı üzgüçü Süleyman İsmayılzadə ikinci yeri tutub.
Rusiyalı Boqdan Toropkin qızıl, onun həmyerlisi Matvey Nesterov isə bürünc medala sahib çıxıb.
Xatırladaq ki bu gün daha üç Azərbaycanlı üzgüçümedal qazanmışdır. 200 metr məsafəyə “butterfly” üsulu ilə üzməkdə Oqtay Hüseynov gümüş medal qazanıb. Qadınlar arasında 200 metr məsafəyə “butterfly” üsulu ilə üzməkdə isə Mehri Əbdürəhmanlı gümüş, Anastassiya Qnussina bürünc mükafat əldə edib.
- "Nyukasl" 3 futbolçunu birdən heyətə qatır
- Cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək
- "Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ
- Millimizin DÇ-2026-nın seçmə mərhələsinin püşkatmada yer alacağı səbət dəqiqləşib
- “Tour d’Azerbaidjan”ın bərpası barədə ilkin razılıq əldə edilib