III MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə aparılacaq
12.06.2025 - 12:20
III MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə aparılacaq

III MDB Oyunlarında 23 idman disiplini üzrə 246 medal dəsti uğrunda mübarizə aparılacaq.

Apasport.az xəbər verir ki, ən çox medal dəsti üzgüçülük üzrə-40 dəst olacaq.

Komanda idman növlərində – futbol, voleybol, 3x3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyən olunacaq.

Yarışlar 12 idman məkanında keçiriləcək.

III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.

Ümumilikdə, Oyunlarda MDB-yə üzv və dəvət olunmuş  ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.