İngilislər "Qarabağ"la oyunda rekord qıracaq
31.01.2026 - 12:44
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşacaq.
Apasport.az xəbər verir ki, “sağsağanlar”ın Bakıya səfəri rekordla əlamətdar olacaq. Belə ki, “Nyukasl”ın “Qarabağ”la birinci görüşü İngiltərə komandalarının avrokuboklardakı ən uzaq məsafəli səfər oyunu kimi tarixə düşəcək.
Premyer Liqa təmsilçisi Bakıdakı oyun üçün 2.529 mil (4 min 69 km) məsafə qət edəcək.
Komandalar arasındakı ilk oyun fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Cavab görüşü fevralın 24-də İngiltərədə keçiriləcək.
- Birinci Liqa: “Difai” və "Baku Sportinq”dən qələbə - YENİLƏNİB
- Sabiq “Neftçi”lidən Azərbaycanda məhkəməyə verilməsinə münasibət: "Kimisə öldürmüşəm?"
- Avarçəkənimiz dünya çempionatında iştirak edəcək
- Bəxtiyar Həsənalızadənin komandasının prezidentini həbs cəzası gözləyir
- “Renn”in futbolçusu Avropa nəhənglərinin radarına düşüb
0
0