“Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdiyimizi düşünürəm”.
APA xəbər verir ki, bunu İrəvanda keçirilmiş Avropa Çempionatında qızıl mükafat qazanan türkiyəli idmançı Nuray Güngör deyib.
"Bu gözəl qarşılama üçün təşəkkür edirəm. Bir daha Azərbaycan-Türkiyə qardaşlığını ortaya qoymuş olduq. Ermənistanda iki qızıl medal qazandım və İstiqlal marşımızı oxutdum. Bunun ayrı bir qüruru var. Azərbaycanlı bacı-qardaşlarımız yoxdursa, biz varıq dedik və İstiqlal marşımızı Ermənistanda oxutmaqla onlara ən gözəl cavabı verdiyimizi düşünürəm. Azərbaycana qarşı edilmiş hörmətsizlik bizə də edilmişdir", - deyə o qeyd edib.
- Arif Əsədov: "Vinisiusun ulduz futbolçu profili daha parlaqdır"
- Millinin baş məşqçisi: “Komanda qorxmadan sona qədər mübarizə apardı”
- Erik ten Haq Kimdir? "Mançester Yunayted"in Uğursuzluğunun Qurbanı
- Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti AAF rəhbərliyi ilə görüşüb - FOTO
- “Azərreyl”də yeni baş məşqçi