
“Neftçi”nin transfer siyahısında yer alan daha bir futbolçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, transfer axtarışlarını davam etdirən Bakı klubu Samuel Asamoanın xidmətində maraqlıdır.
Toqo milli komandasının yarımmüdafiəçisi hazırda Krayova “Universitetya”sında forma geyinib. “Ağ-qaralar” Rumıniya klubu ilə danışıqlara başlayıb. Futbolçunun özü “Neftçi”də oynamaq istəyindədir.
29 yaşlı dayaq yarımmüdafiəçisi Krayova təmsilçisinə qədər “Eupen”, “Löven”, “Sent-Trüden”də çıxış edib. O, 2021-ci ildə indiki klubuna keçib.
Qeyd edək ki, Toqo yığmasında 2022-ci ildə debüt edən Samuel 7 matç keçirib.
- Toral Bayramovun qolu həftənin ən yaxşısı adına namizəddir
- Çalhanoğlu Türkiyə millisinin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib
- "Beşiktaş"ın ulduz futbolçusu millinin şəraitini bəyənmədiyi üçün komandasından ayrılıb
- Slavko Georgiyevski “Neftçi”nin nəticələrində günahkarın adını açıqladı - MÜSAHİBƏ
- "Fənərbaxça"nın əfsanə futbolçusu klubdan ayrıldı