“İrəvan”ın prezidenti cəzalandı
29.11.2023 - 13:51
“İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev cəzalandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
O, I Liqada IX turun “İrəvan” – “Difai Ağsu” oyunundakı hərəkətinə görə cəza alıb. Niyazəliyev matç bitdikdən sonra akkreditasiya vəsiqəsi olmadan meydançaya, dəhlizə daxil olub.
Buna görə də klub prezidenti 1 oyun cəzalanıb. “İrəvan” klubu 50 manat cərimə edilib.
- “Liverpul” 115 milyon avro təklif etsə də...
- Yığmamızın Avropa çempionatındakı görüşlərinin TƏQVİMİ
- Aleks de Souza oğlu üçün “Neftçi”nin formasını istədi
- Portuqaliyalı mütəxəssis: "Millidən bərk yapışın, inanın ki, bu, gələcəyə atılmış addımdır"
- Cüdoçularımız Belçikadakı Açıq Turnirin ilk günündə 7 medal qazanıb - FOTO
0
0