İsveç milli komandasının kapitanı Deyan Kuluşevski Millətlər Liqasının C1 qrupunda Azərbaycan yığması ilə Bakıda keçirilən açılış oyununu (3:1) şərh edib.
Apasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi komandasının qələbəsi barədə bunları deyib:
"Biz bilirdik ki, Bakıda bizi çətin oyun gözləyir. Bakıda meydan sahiblərinə qarşı oynamaq çox çətindir. Bunu ötən il də gördük. Onların kifayət qədər yaxşı oyunçuları var. Qələbə böyük çətinliklə əldə edildi. Rəqib üç qol buraxdıqdan sonra da təslim olmadı. Bu, qələbəni daha da şirin edir. Turnirin başlanğıcında vacib üç xalı qazandıq".
Qeyd edək ki, Azərbaycan millisi evdə İsveçə 1:3 uduzub.
- Qurban Qurbanov: “Futbolun gözəlliyi budur ki, son saniyələrdə qol olur”
- “Qarabağ” Aleksey İsayevlə yollarını ayırdı - RƏSMİ
- "Çelsi" yeni mövsüm formalarını təqdim edib - FOTO
- Avropa çempionatında yığmamızın ən reytinqli şahmatçısı Rauf Məmmədov olacaq
- Zion Patterson: "Neftçi" ilə matçda qələbə qazanacağımızı gözləyirəm"