Kamal Umudlu "Çelsi"nin matçına təyinat alıb
08.12.2025 - 14:31
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının VI turunda keçiriləcək "Atalanta" (İtaliya) – "Çelsi" (İngiltərə) oyununun baş hakimi olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.
0
0