"Karvan" iki futbolçusu ilə yollarını ayırıb
26.06.2025 - 15:15

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək "Karvan" iki futbolçusu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bölgə klubu İzzət Müştaqov və Elvin İsmayılovla vidalaşıb. Hər iki oyunçunun başa çatan müqavilələrinin müddəti uzadılmayıb.
Qeyd edək ki, "Karvan" 2024/2025 mövsümündə I Liqada üçüncü yeri tutub.
0
0